Hərbi helikopter qəzaya uğradı – 1 ölü, 7 yaralı

Kamerunun Anglofanlar yaşayan şimal-qərb bölgəsində hərbi təyyarə qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, yeddi nəfər isə yaralanıb.

Bamendaya hərəkət edən helikopterdə anidən nasazlıq baş verib. Pilotun bütün səylərinə baxmayaraq, helikopteri havada saxlamaq mümkün olmayıb.

Kamerunun ingilisdilli əhaləsinin yaşadığı Anglofon bölgəsinin yerli idarəçiləri isə qəzanın təxribat xarakteri daşıdığını iddia ediblər.

Faktla bağlı araşdırma komissiyası yaradılıb.