Hərbi helikopter qəzaya uğradı: 3 ölü, 3 yaralı

Əfqanıstanın Balx əyalətində göyərtəsində 13 nəfər olan hərbi helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, xarici şirkətə məxsus olan və Faryab əyalətinə uçan helikopter yerli vaxtla saat 07:30-da “Şahin” düşərgəsi ərazisinə düşüb və alışıb.

Hadisə nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Həlak olanlardan 1-i xarici pilot, 2-si isə Əfqasnıtan hərbçisi olub.