Hərbi helikopter qəzaya uğradı – 7 ölü

Əfqanıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində çox sayda hərbçi ölüb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı 209-cu Korpus Komandirliyinin nümayəndəsi Məhəmməd Hənif Rəzai müxbirlərə açıqlamasında deyib.

Məlumatda bildirilir ki, Mİ-17 tipli hərbi helikopter yüksəldikdən qısa müddət sonra qəzaya uğrayıb.

Qəza nəticəsində 1 pilot və 6 əsgər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.