Hərbi helikopter qəzaya uğradı: ölən var

Almaniyada hərbi helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə Bavariya vilayətində, Xasfurt aerodromunda qeydə alınıb.

Helikopter yanacaq doldurmaq üçün aerodroma enib və qalxarkən ərazidəki dispetçer məntəqəsinə çırpılıb. Qəza nəticəsində aerodromun 60 yaşlı əməkdaşı ciddi zədə alıb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Hadisə dövlətə bir neçə milyon avro ziyan vurub.

Qəzanın başvermə səbəbi araşdırılır.