Hərbi helikopter qəzaya uğradı – Ölənlər və yaralananlar var

Misirin Sinay yarımadasında Beynəlxalq sülhməramlılara məxsus helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, yaralananlar var.

Yünicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri vəzifəsini icra edən Kris Miller bildirib.

O, qeyd edib ki, ölənlərdən 6-sı ABŞ-ın hərbçisi,  Fransa və Çexiya vətəndaşlarıdır.

“Sky News Arabia” telekanalının verdiyi məlumata əsasən, UH-60 Black Hawk helikopteri texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.