Hərbi hissədə dəhşət – Əsgər digər 8 əsgəri güllələdi

Rusiyada hərbi hissələrin birində əsgər digər 8 əsgəri öldürüb. 

Yenicag.az xəbər verir ki, hadisə ölkənin Zabaykalsk bölgəsində baş verib.

Belə ki, əsgər anidən silahı əlinə alaraq ətrafdakı digər əsgərlərə atəş açıb. Nəticədə 8 əsgər ölüb.

Məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiq edib.

8 əsgəri qətlə yetirən hərbçi saxlanılıb.