Hərbi hissədən qaçan erməni hərbçi hava limanında tutuldu

Ermənistanda hərbi hissədən qaçan müddətdən artıq hərbi qulluqçu tutulub.

Yenicag.az erməni KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı Masis A. “Zvartnots” hava limanda tutularaq istintaq orqanına təhvil verilib.

Hərbçi Cinayət Məcəlləsinin 525-ci maddəsinin 5-ci hissəsi (hərbi hissəni və ya xidmət yerini könüllü tərk etmə və ya xidmət yerinə vaxtında gəlməmə) ittihamı ilə təqsirləndirilir./unikal