Reklam

Reklam

qisahazirliq1Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün hərbi hissə və bölmələrində silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi ilə əlaqədar tapşırıq verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.

Hərbi hissələrdə fəaliyyətə başlayan texniki xidmət məntəqələrində silahlanmada olan bütün döyüş və xüsusi texnikaların yanacaq-sürtgü materialları dəyişdirilir, filtr və aqreqatlara planlı şəkildə qulluq göstərilir, elektrik və hidravlik sistemləri yoxlanılır.

Nəzərdə tutulan fəaliyyətlər müəyyən edilmiş müddətdə başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələri barədə yuxarı komandanlığa məruzə olunacaq.

Bütün növ silah və texnikanın qış rejimində istismara hazırlığı ilə əlaqədar görülən tədbirlər hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına hesablanıb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 96
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."