!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi hissənin ətrafında 181 ədəd PHS tapıldı - Xızıda

!Reklam – Yazi

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə təmizləmə əməliyyatları keçirib.

Yenicag.az ANAMA-ya istinadən xəbər verir ki, bu gün sözügedən hərbi hissənin ətrafına baxış keçirilib, 181 ədəd partlamamış hərbi sursat (PHS), 207 ədəd partlamış-yanmış mərmi qalıqları və 739 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 97 000 kv.m (9.70 ha) ərazi yoxlanılıb.

Eyni zamanda Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

www.yenicag.az

1642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv