Hərbi maşın aşdı: İki əsgər yaralandı 

İçərisində hərbçilər olan maşının aşması nəticəsində 2 əsgər yaralanıb.

Yenicag.az xəbər verir ki, hadisə Türkiyənin Siirt şəhərində baş verib.

Yaralanan iki əsgər Siirt Dövlət Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.