Bir müddət əvvəl təmas xəttində ermənilər tərəfindən girov götürülmüş Bərdə rayon sakini Elnur Hüseynzadə ilə bağlı Respublika Hərbi Prokurorluğu araşdırmalara başlayıb.
Yeniçağ.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Hərbi Prokuroru Xanlar Vəliyev deyib.
Onun sözlərinə görə, E.Hüseynzadə əvvəllər hərbidə xidmət edib:
“Amma düşmən tərəfinə keçməzdən əvvəl hərbi xidmətdən tərxis olunması barədə əmri var. Bununla bağlı hazırda araşdırma aparılır”.
Qeyd edək ki, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu Ermənistan hərbçiləri tərəfindən saxlanılıb.
Yeniçağ.Az