“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq

“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il yaz sessiyası üçün iş planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində komitə sədri və üzvləri Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə birlikdə layihəni hazırlamalıdır.