Hərbi qulluqçumuz hospitalda vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ruslan Şükür oğlu Hümmətyarov noyabrın 17-də həkimlərin səyinə baxmayaraq, kəskin meninqo – ensefalit diaqnozu ilə müalicə olunduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

COP29