Hərbi şou zamanı onlarla insan xəstəxanaya yerləşdirildi – Ölənlər var

 

Hindistanın Tamil Nadu əyalətinin Çennai şəhərində ölkənin Hərbi Hava Qüvvələrinin nümayişini izləməyə gedən 5 tamaşaçı istidən ölüb, 100-ə yaxın adam xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, “Asian News International”nın (ANI) məlumatına görə, Hindistan Hərbi Hava Qüvvələrinin yaradılmasının 92-ci ildönümünü qeyd etmək üçün Çennaydakı Marina çimərliyində tədbir keçirilib.

Tamil Nadu əyalətinin səhiyyə naziri Ma Subramanian tədbirdə 5 nəfərin gün vurması və susuzluqdan öldüyünü, 100-ə yaxın tamaşaçının isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Tədbiri təşkil edən Tamil Nadu ştatının baş naziri M.K.Stalini səhlənkarlıq və yanlış idarəetməyə görə tənqid ediblər.

İsmayıl Bakuvi

COP29