Hərbi sursat daşıyan avtomobil yandı

Tehran yaxınlığında hərbi sursat daşıyan avtomobil yanıb.

Hadisə paytaxt Tehranın Vəramin bölgəsində baş verib. Böyük həcmdə silah-sursat daşıyan avtomobildə nasazlıq yarandığı üçün qəza baş verib və nəqliyyat vasitəsi alışıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin təfərrüatları açıqlanmır./APA/