Hərbi təyyarə qəza enişi etdi – Rusiyada

Rusiyada “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az Rusiya mətbuatına  istinadən xəbər verir ki, hadisə Yekaterinburqun Koltsova aeroportunda baş verib.

Qəza enişi edən təyyarənin şassisi zədələnib.

Göyərtədə olan 4 ekipaj üzvü və 12 sərnişin təxliyə edilib. Xəsarət alanların olmadığı bildirilib.

Loading...