Hərbi təyyarə qəzaya uğradı – 12 ölü

Çində hərbi təyyarə qəzaya uğrayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 12 heyət üzvü həyatını itirib.

Bildirilir ki, qəzadan sağ çıxan olmayıb. Belə ki, təyyarənin göyərtəsində olanlardan heç kim paraşütdən istifadə etməyə macal tapmayıb.