Hərbi təyyarə qəzaya uğradı

Tunisin şərqində hərbi təyyarə qəzaya uğrayıb.

Yenicag.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə Sfaks şəhəri yaxınlığında yerləşən hərbi bazanın yaxınlığında qeydə alınıb.

Təlim uçuşu həyata keçirən təyyarənin qəzaya düşməsi nəticəsində azı 2 nəfər ölüb.