Hərbi təyyarə qəzaya uğradı – ÖLƏNLƏR VAR

İran Hərbi-Hava Qüvvələrinin yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az-ın məlumatına görə, Tehran yaxınlığında baş vermiş qəza nəticəsində təyyarənin iki heyət üzvü həlak olub. Qeyd olunur ki, təyyarə Xomeyni beynəlxalq hava limanı yaxınlığında yerə düşüb.

Qəza təlim uçuşu zamanı texniki qüsurlar nəticəsində baş verib.