ABŞ Hərbi Dəniz Qüvvələri oktyabrın 15-də Vaşinqton ştatında adi təlim uçuşu zamanı qəzaya uğrayan döyüş təyyarəsinin itkin düşən iki pilotunun cəsədlərinin tapıldığını bildirib.
Yenicag.az xəbər verir ki, açıqlamada qəzaya uğrayan təyyarədən itən iki pilotun bədən hissələrinin tapıldığı, pilotların kimliklərinin bir neçə gün ərzində açıqlanacağı bildirilib.
“EA-18G Growle”r tipli qırıcı təyyarə oktyabrın 15-də adi təlim uçuşu zamanı dağlıq Rainier dağı bölgəsində qəzaya uğrayıb, qəzaya düşən təyyarənin qalıqları bir gün sonra müəyyən edilib, təyyarədə olan iki nəfərin izinə rast gəlinməyib.
Səlahiyyətlilər qəza ilə bağlı istintaqın davam etdiyini bildiriblər.
İsmayıl Bakuvi