Hərbi vertolyot qəzaya uğradı – 17 ölü

28365Əfqanıstanda hərbi vertolyotun qəzaya uğraması nəticəsində 17 nəfər həyatını itirib.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, Əfqanıstan HHQ-ə məxsus vertolyot ölkənin cənubunda qəzaya uğrayıb.

Ölənlər arasında 12 hərbi qulluqçu, 5 ekipaj üzvü var.

Qəzanın səbəbləri araşdırılır.