!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi xidmət ləğv olunur

!Reklam – Yazi

122455_srcGürcüstan parlamentinin hüquq komitəsi məcburi hərbi xidmətin ləğv olunması barədə “hərbi öhdəliklər və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi barədə qərarı dəstəkləyib.

Bir yanvar 2016-cı ildən qüvvəyə minəcək qanun layihəsinin əsas məqsədi hökumətin məcburi hərbi xidmətə sərf etdiyi vəsaitin Gürcüstanda professional hərbi xidmətin yaradılması və ölkənin müdafiə qabiliyyətinin artırılmasına yöndəldilməsidir.

Düzəlişlərə əsasən Gürcüstanda hərbi xidmət üç yerə – müqavilə, rezerv və kadr hərbçilərinə bölünüb.

Eyni zamanda müvafiq tələbləri yerinə yetirən və istəyi olan şəxslərin hamısı müqavilə əsasında Gürcüstan ordusunda xidmət edə biləcək.

Müqavilə əsasında xidmət keçən şəxslər xüsusi imtahan verdikdən sonra kadr hərbçisi ola biləcəklər. Rezerv xidmət isə məcburi olmayacaq.

Qanun layihəsində qeyd olunur ki, hərbi əməliyyatlar zamanı Gürcüstanın bütün vətəndaşları öz hərbi öhdəliklərini yerinə yetirməlidirlər.

Bununla yanaşı, Gürcüstan baş nazirinin icazəsi ilə xarici vətəndaşların da orduya cəlb olunması təklif olunur. Təklifə əsasən həmin şəxslər hərbi and içməyəcək, lakin Gürcüstana sadiq olacaqları və bu ölkənin qanunlarına riayət edəcəklərinə dair üzərlərinə yazılı öhdəlik götürəcəklər(Azvision).

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv