Ukraynada üçü Kiyev Şəhər Şurasının deputatı, digəri isə Kiyev Şəhər Şurasının deputatının köməkçisi hərbi xidmətdən yayınmda şübhəli biliniblər.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət Oleq Levçenko (“Avropa həmrəyliyi”), İqor Xatseviç (“Avropa həmrəyliyi”), Mixaylo Terentyev (“Udar”) və Oleksiy Şpakdan gedir.
Müstəntiqlər iddia edirlər ki, deputatlar və deputat köməkçisi il ərzində hərbi xidmətə getməkdən yayınıblar. Hazırda şübhəli şəxslər saxlanılıblar. Onlar barəsində cinayət işi açılıb.