“Hercai” serialının sevilən aktrisası Ebru Şahin “twitter”dən sevənlərinə təşəkkür edib.
Yenicag.az xəbər verir ki, Ebru Şahin və Akın Akınözünün baş rollarını canlandırdığı “Hərcai” serialı bu həftənin cümə günü 12-ci bölümü ilə sezon finalına gedəcək. Serial yeni mövsümdə izləyicilərinin görüşünə gələcək.
Ebru Şahin son bölümün çəkilişləri bitdikdən sonra “twitter”dən sevənlərinə təşəkkür edib: “Etdiyimiz, etmədiyimiz, güldüyümüz, amma əsasən mənim ağladığım 12-ci bölümü geridə qoyduq. Əziz heyətimizə və izləyicilərimizə sonsuz təşəkkürlər… Cümə günü görüşənədək”.
Qeyd edək ki, “Hercai” bu mövsüm Türkiyədə ən çox izlənilən serial olub. Sözügedən serialın ölkəmizdə də sevənləri yetərincədir.