Hersokun Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar – FOTOLAR

Xəbər verdiyimiz kimi, İsrail Prezidenti İsaak Hersok Türkiyəyə səfərə gəlib.

Yenicag.az xəbər verir ki, Hersokun Türkiyəyə gəldiyi təyyarənin üzərində diqqət çəkən detallar yer alıb.

Belə ki, təyyarənin üzərinə üç – türk, ingilis və yəhudi dillərində “sülh”, “əməkdaşlıq”, “gələcək” sözləri yazılıb.

Bundan başqa, təyyarədə Türkiyənin məşhur tarixi abidə və memarlıq nümunələrinin rəsmləri də yer alıb.