“Hesablama Palatasının müəyyən etdiyi nəzarət tədbirləri nəticəsində aşkarlanmış nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Hesablama Palatasının 2023-cü ildə görülən işləri və qarşıda duran hədəflərinə dair keçirilən mətbuat konfransında palatanın sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, aşkar edilmiş nöqsanların 103,2 milyon manatı büdcəyə dəymiş ziyan hesab edilib.
“Hesablama Palatası fəaliyyətini strateji plan üzərindən qurub. 2023-cü ilin əməliyyat planı əsasında müəyyən tədbirlər həyata keçirilib. 327 tədbir nəzərdə tutulmuş, onun 97,7 faizi həyata keçirilib. Nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə 9.6 milyon manat vəsait proqnozlaşdırılıb və 8 milyon vəsait istifadə edilib. 2023-cü ildə Hesablama Palatası nəzarət tədbirləri ilə bağlı 45 nəzarət tədbiri həyata keçirilməsi ilə bağlı kollegiya qərar verib, onun 41-i audit 4-ü analitik fəaliyyət formasında həyata keçirilib. Hesablama Palatasının müəyyən etdiyi nəzarət tədbirləri nəticəsində aşkarlanmış nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib. Onun 103,2 milyon manatı büdcəyə dəymiş ziyan, 459 milyon manatı digər maliyyə pozuntuları, 661,5 milyon manatı maliyyə hesabatlarının əhəmiyyətli təhsili formasında və 591,1 milyon manat isə mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları müəyyən edilib”, – Palata sədri bildirib.
İsmayıl Bakuvi