Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlama aparır? – RƏSMİ AÇIQLAMA

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Hesablama Palatası 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində nazirliyin və tabe müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.

Rəsmi olaraq bildiririk ki, hal-hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır.