Hesablama Palatası: “Neft hasilatı azalacaq, təbii qaz hasilatı artacaq”

Azərbaycanda gələn il neft hasilatının həcminin 4,6 % azalacağı, əmtəəlik təbii qaz hasilatının həcminin isə 6,2 % artacağı nəzərdə tutulub.

Yenicag.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə zərfi”nə verdiyi rəydə bildirilir.

Sənəddə deyilir ki, neft-qaz sektorunda artım “mavi yanacaq” hasilatının artımı hesabına olacaq.