Hesablama Palatasına sədr müavini və auditorlar təyin edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, məsələ barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

O bildirib ki, parlamentin sədri Sahibə Qafarovanın təqdimatı ilə Milli Məclisin Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, “Hesablama Palatası haqqında” qanunun 11.3-cü maddəsinə və “Milli Məclisin komitələri haqqında” qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Nəsir Sadıqovun Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədlikləri irəli sürülüb.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.