Azərbaycan Respublikası Hesablama Palatasında 2023-cü ildə görülən işlərə və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib.
Yenicag.az xəbər verir ki, Mətbuat konfransında əvvəlcə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov media nümayəndələrini salamlayıb. Daha sonra Sədr 2023-cü ildə görülən işlər barədə ətraflı məlumat verərək 2023-cü ildə fəaliyyətin qanunvericiliklə müəyyən edilmiş 4 istiqamətdə həyata keçirildiyini bildirib.
Çıxış təqdimatla müşayiət olunub. Təqdimatda fəaliyyətə dair icmal statistik məlumatlar əks olunub. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
İsmayıl Bakuvi