Hesablama Palatasının təklifləri əsasında milyonlarla debitor və kreditor borclar bağlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd edilib.
Belə ki, hesabata əsasən, auditlər nəticəsində qurumlar tərəfindən 70,8 milyon manat məbləğində debitor və kreditor borcların bağlanması ilə bağlı təkliflər verilib.
Hazırkı dövrədək həmin məbləğin 30,0 milyon manatının bağlanılması təmin olunub, digər hissəsi üzrə işlər davam etdirilir.