Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Həsən Məmmədovla bağlı müraciət - Sənət dostu AÇIQLADI

Mərhum xalq artisti Həsən Məmmədovun adı əbədiləşdiriləcək.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib:

“Həsən Məmmədov Azərbaycan kinosunda misilsiz xidmətləri olan görkəmli aktyordur. Onun çəkildiyi fimlər milli kinomuzun inciləri sayılır. Həsən kimi sənətkarlar hər zaman yaşayır. Yaxşı olardı ki, doğulduğu Salyan rayonunda onun adına bir küçə, yaxud da məktəb olsun. Bununla bağlı Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədovaya müraciət etmişəm. Oturub müzakirə etdik. Bu barədə Mədəniyyət nazirinə də müraciət olunacaq. 2 avqust Kino gününə qədər bu məsələ həllini tapmalıdır. Hazırda bu istiqamətdə işlər görülür. Tezliklə Həsənin adı əbədiləşdiriləcək”.

Cəvahir

www.yenicag.az

10856