Həsən Məmmədovun 80 illik yubileyi qeyd olunacaq – Yenicag.Az

Reklam

Reklam

Prezident İlham Əliyev Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, 2018-ci ilin noyabr ayında Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 illiyi tamam olur.

Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmişdir. Fitri istedadlı sənətkarın böyük yaradıcılıq potensialını təcəssüm etdirən rəngarəng obrazlar qalereyası kinematoqrafiyamızın və teatr salnaməmizin mühüm nailiyyətlərindən olub yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.

Mədəniyyət Nazirliyinə xalq artisti Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 566
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.