İsrailin hava hücumu nəticəsində ölən Livan Hizbullahının baş katibi Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd edək ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu bombalaması nəticəsində ölüb.