Sentyabrın 27-də İsrailin Livana hücumu nəticəsində şəhid olan “Hizbullah” lideri Həsən Nəsrullahın cənazəsinin bu gün keçirilən mərasimlə dəfn edildiyi məlum olub.
Yenicag.az xəbər verir ki, AFP-yə danışan “Hizbullah”a yaxın mənbə, öldürülən Nəsrullahın cəsədinin İsrail tərəfindən hədəf alınacağından narahat olaraq müvəqqəti olaraq gizli yerdə basdırıldığını bildirib.
Adının açıqlanmasını istəməyən Livan rəsmisi bildirib ki, ABŞ-dan dəfn mərasimini hədəf almayacağına dair “zəmanət” istənilib, lakin bu, uğurlu alınmayıb.
Mənbə bildirib ki, Həsən Nəsrullah təhlükəsizlik şəraiti imkan verdiyi zaman açıq dəfn mərasimi keçirilənə qədər müvəqqəti dəfn olunacaq.
Həsən Nəsrullahın cəsədi atılan bombalar nəticəsində kraterə çevrilən çuxurdan qaldırıcı kranla çıxarılıb.
Nəsimi Ələsgərli