Həsən Ruhani: “ABŞ bütün beynəlxalq qaydaları pozur”

“ABŞ-ın hərəkətləri Yaxın Şərq regionunda sabitliyə ciddi təhdiddir”.

Yenicag.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının iclasında deyib.

O bildirib ki, son iki il ərzində ABŞ hökuməti bütün beynəlxalq qaydaları pozur:

“ABŞ hökuməti bu müddət ərzində bütün beynəlxalq strukturları və qaydaları pozaraq, iqtisadi, maliyyə və hərbi imkanlarından istifadə etməklə aqressiv yanaşma nümayiş etdirir, regionda və dünyada sabitliyə ciddi təhdid törədir”.

COP29