Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış musiqiçi Həsənağa Sadıqovun vəfat etməsi barədə Hacı Nuran sosial mediada məlumat yayıb.
Yenicag.az xəbər verir ki, bu barədə aparıcı şəxsi sosial media hesabında post paylaşıb. O bildirib ki, bu məlumatı ona musiqiçinin oğlu Elşən Sadıqov verib:
“Çox hayıf… Bu dəqiqə Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqov (07.12.1950 – 01.08.2018) dünyasını dəyişdi … 67 yaşında … Böyük sənətkarımızı itirdik … Allah rəhmət eləsin … Yazmağa söz tapmıram … ”
Cəvahir