Həssas qrupa aid edilən tələbələrin NƏZƏRİNƏ – SON 2 gün

E-telebe elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.

Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri nazirlik tərəfindən xahiş olunur.