Həssas qrupdan olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı AÇIQLAMA

2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək.

Yenicag.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində paylaşım edib.

Nazir bildirib ki, bu məqsədilə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15 209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15 900 nəfərin təhsil haqqı ödənilib. 2020-ci ildə ümumilikdə 20 800 tələbə bu imkandan yararlanıb.