Həştərxanada partlayış oldu – Ölənlər və yaralılar var

Rusiyanın Həştərxan vilayətində yanğınla müşayiət olunan partlayış baş verib.

Yenicag.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qaz sızması nəticəsində baş vermis partlayışda 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Hadisə Naximov küçəsində baş verib. Ümumi sahəsi 90 kvadratmetr olan yanğının söndürülməsi üçün hadisə yerinə 7 yanğınsöndürmə texnikası cəlb olunub.