Həştərxanda V Xəzər Media Forumu keçirilir – FOTOLAR

Sentyabrın 24-də Rusiyanın Həştərxan şəhərində V Xəzər Media Forumu öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, “Kaspi Avrasiya” Beynəlxalq və İctimai-siyasi Araşdırmalar Mərkəzi” Assosiasiyasının təşkilatçılığı, Həştərxan vilayəti hökumətinin informasiya dəstəyi ilə baş tutan Forumda Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrandan 200-dən çox jurnalist, politoloq və alim iştirak edir.

Forumun tərəfdaş təşkilatları isə “Şimal-Cənub” Polotologiya Mərkəzi ilə “Avrasiya monitorunqi” Analitik Tədqiqatlar Mərkəzidir. Sözügedən layihə MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilir.

Tədbirin açılışında çıxış edən Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tədbirin məqsədləri haqqında məlumat verib. O, 2021-ci ilə planlaşdırılan II Xəzər İqtisadi Forumunun da Həştərxan vilayətində keçiriləcəyini diqqətə çatdırıb.

Forumda “Yeni Çağ” Media Qrupunu baş direktor Aqil Ələsgər təmsil edir. Tədbirə Azərbaycandan həmçinin jurnalist və politoloqlar Gülnarə Məmmədzadə, Nadir Şəfiyev, Əli Hacızadə, tarixçi Rizvan Hüseynov, Elxan Ələsgərov, Çingiz İsmayılov, Rauf Rəcəbov, Ellada Əliyeva, Həmid Həmidov, Hikmət Həsənov, Almaz Qasımova, Cəmilə Ələkbərova, Rasim Babayev və başqaları qatılıblar.

COP29