Həyat yoldaşı Sedat Pekerin VİDEOsunu paylaşdı: “Çəkdiyimdən xəbəri yox idi…”

Nüfuzlu mafiya lideri Sedat Pekerin həyat yoldaşı Özge Peker “Instagram” hesabından ərinin videosunu paylaşıb.

Yenicag.az xəbər verir ki, Sedat Pekerin Türkiyənin məşhur müğənnisi Əhməd Qayanın “Siz benim neler çektiğimi nereden bileceksiniz” mahnısına qulaq asdığı videonu paylaşan Özge Peker bunları qeyd edib:

“Mən bu prosesin canlı şahidiyəm, sevgilim. Həqiqətən, sənin nə yaşadığını kimsə bilə bilməz, kimsə anlaya bilməz səni. Videoya çəkdiyimdən xəbəri yox idi. Xatirə qalsın deyə çəkmişdim. Amma içimdən sizlərlə paylaşmaq keçdi”.