“Evimdə “Playstation” var. Tez-tez futbol oynayıram. Silahlı oyunlardan xoşum gəlmir. İşim olan idman növü daha çox maraq yaradır”.
Yenicag.az-ın məlumatına görə, bu sözləri Polşa mətbuatına müsahibəsində “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak deyib.
O, həyat yoldaşının “Playstation” oynamasından narazı qaldığını bildirib: “Yalnız FİFA oynayıram. Həyat yoldaşım bu vəziyyətə tez-tez əsəbiləşir. O, məni “Playstation”u evdən atmaqla hədələyir. Çünki saatlarla futbol oynamaqdan doymuram. Həmçinin yutubda videolara çox baxıram. Bu öyrəşdiyim bir şeydir”.