Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan 1980-cı il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub.
Bildirilir ki, T.Hacıyev hadisə baş verən binanın 2-ci mərtəbəsində yaşayıb və 9-cu mərtəbəyə qalxandan sonra nərdivanla binanın damına çıxıb və çox keçmədən özünü atıb.
Bir müddət əvvəl həyat yoldaşından ayrılan 37 yaşlı Turalın işsiz olduğu, ata-anası ilə birgə yaşadığı məlum olub. Valideynləri hadisədən o, özünü binadan atandan sonra xəbər tutublar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.