Ərini ad günündə dəfn edən məşhur: “Gözümün qabağında…”

Bu gün əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nailə Mirməmmədlinin doğum günüdür. Bəstəkar həmin gün həyat yoldaşı, bəstəkar Hikmət Mirməmmədlini torpağa əmanət edib.

Yenicag.az-a açıqlama verən bəstəkar düz 11 ildir ki, mayın 22-də sevinmədiyini və doğum gününü qeyd etmədiyini bildirib:

“Hikmətin cismani yoxluğu ilə bizi 11 illik zaman kəsiyi ayırır. Amma o hər zaman mənimlədir. Yanımda olsaydı, əlbəttə hər şey başqa cürə olardı. Çox ağırdır, sözlə ifadə edə bilmirəm. Yaxşı ki, yuxular var, o yuxularıma gəlir. Bilirsiniz ki, onu qəfildən itirdim, gözümün qabağında getdi. Bu illər ərzində mən doğum günümü qeyd etməmişəm, Hikmətin adına evimdə ehsan vermişəm. Bu dəfə də belə edəcəm. Bayaq verilişə də çağırmışdılar ki, doğum günümü qeyd etsinlər. Orada da dedim ki, mən ad günü keçirmirəm”.

Qeyd edək ki,  2007-ci ildə restoranların birində keçirilən ad günü mərasimində qəfildən özünü pis hiss edən bəstəkar H.Mirməmmədli elə hadisə yerində də keçinib.

Cəvahir

COP29