Həyat yoldaşını qətlə yetirən Qəbələ sakini tutulub

Həyat yoldaşı Afəti bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Qəbələ rayonunun Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev tutulub.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, martın 30-da Qəbələ şəhərində Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev ailə münaqişəsi zəminində həyat yoldaşı Afətə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Afət orada ölüb. V.Ağababayev RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Yeniçağ.Az