Həyat yoldaşını və qohumlarını amansızlıqla qətlə yetirdi

Türkyənin Adana şəhərində qandonduran hadisə baş verib.

Yenicag.az xəbər verir ki, Mehmet adlı şəxs ondan ayrı yaşayan həyat yoldaşının evinə gələrək, arvadının qohumlarıyla mübahisə edib. Mübahisə zamanı özündən çıxan kürəkən odlu silahla arvadı Aylanı, qaynı Bahri İrketi, baldızı Reyhan İrketi, qayınanası Həcər İrketi vurub.

Hadisə nəticəsində üç nəfər həyatını itirib, bir nəfər isə yaralanıb. Cinayəti törədən Mehmetin axtarışları davam etdirilir.

Firuz Asanov

COP29