“Həyat yoldaşının kəbinlə yaşadığı 4-5 xanımı var” – Əməkdar artistdən İNANILMAZ AÇIQLAMA

“Biri deyir, həyat yoldaşım məni atıb getdi, o biri deyir, uşağımın atasının məndən başqa qeyri-rəsmi münasibətdə olduğu, kəbinlə yaşadığı 4-5 xanımı var. Ona görə də ailə qurduqdan sonra belə hadisələrin baş verməməsi üçün əvvəlcədən nikah müqaviləsinin bağlanması şərtdir”.

Bunu tanınmış müğənni, Əməkdar artist Şölə Səfərəliyeva Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi sonradan xoşagəlməz hallarla rastlaşmamaq üçün ailə quran cütlüklərin mütləq şəkildə nikah müqaviləsi bağlaması vacib sayır.

Subay müğənni özünü də misal çəkib:

“Nikah müqaviləsinə normal baxıram. Ailə quran hər iki tərəfin var-dövləti varsa və onlar sevgi ilə yox, məntiqə əsaslanıb ailə qururlarsa, və ya gələcəklərini təmin etməyi düşünürlərsə, nikah müqaviləsi vacibdir. Xüsusilə də bəzi bəylər ailə qurarkən evlənəcəkləri xanımlara evim var, var-dövlət sahibiyəm deyir, evlənərkən xanımları aldadırlar, nəticədə heç nəyləri olmur. Elə özümü misal çəkim. Sevgi yaşadığın mərhələdə hansısa bəyə deməyə bilmərik ki, evin varsa, onun “kubça”sını, yaxud da avtomobilinin sənədini göstər. Qarşı tərəf o an deyəcək ki, sən məni sevmirsən, var-dövlətə meyillisən və s. Bu yaxınlarda xanım ifaçının ailə qurub nəticədə aldadılması ilə bağlı bir hadisənin şahidi olduq. Bəy ona “Ev-eşiyim var, maddi durumum yaxşıdır, sənə hər cür maddi dəstək olacam, sənətdən uzaqlaş”,  deyə aldadıb. Nəticədə xanım yarıyolda qalıb. Belə hallarla qarşılaşmamaq üçün hesab edirəm ki, yetkin yaşlı insanlar nikah müqaviləsi bağlasalar yaxşı olar. Rayonlarda ailələr var ki, molla kəbini ilə yaşayırlar. Onlarda əvvəldən belə olub. O zamanlar kənd balacaydı, hamı bir-birini tanıyırdı, insanlar arasında güvən-inam var idi. Amma indi dövr dəyişib. İnsanlar arasında etibar, sadiqlik azalıb. Dəyişən zamanda ciddi addımlar atılması, nikah və nikah müqaviləsinin bağlanması mütləq lazımdır. Problemini həll etmək üçün sosial verilişlərə müraciət edənlərin çoxu əyalətlərdən gələnlərdir. Biri deyir, həyat yoldaşım məni atıb getdi, o biri deyir, uşağımın atasının məndən başqa qeyri-rəsmi münasibətdə olduğu, kəbinlə yaşadığı 4-5 xanımı var. Ona görə də ailə qurduqdan sonra belə hadisələrin baş verməməsi üçün əvvəlcədən nikah müqaviləsinin bağlanması şərtdir”.

Cəvahir