Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Həyat yoldaşlarını döyən MƏŞHURLAR - SİYAHI/FOTOLAR

Son zamanlar qadınlara qarşı şiddət hallarınının artdığının şahidi oluruq. Zaman-zaman məşhurların xanımlarının da şiddətə məruz qaldıqları ilə bağlı xəbərlər mətbuatda yer alıb. Bunların bəzilərinin iddia, bəzilərinin də həqiqət olduğu üzə çıxıb.

Yenicag.az dünyada, həmçinin ölkəmizdə qadınlarına qarşı şiddət tətbiq edən bəzi məşhurlar ilə sizi tanış edir:

1. İbrahim Tatlısəs

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs həyat yoldaşı Asenanı hamilə olarkən Perihan Savaş və Derya Tuna ilə dalaşdığına görə döyüb.

Qeyd edək ki, müğənni həyat yoldaşlarını öldürən kişilərin edam edilməli olduğunu deyirdi.

2. Tardu Flordun

Türkiyənin tanınmış aktyoru Tardu Flord 2002-ci ildə bir universitet tələbəsini bıçaqlayıb. 2003-cü ildə sevgilisi Arzu Yanardağın burnunu qısqandığına görə dişləyib. 2013-cü ildə isə sevgili olduğu Canan Ergüderə şiddət göstərdiyi bildirilmişdi. Bundan əlavə “Evə dönüş” serialının çəkiliş meydançasında bir əməkdaşı təhqir etdiyi xəbəri də mətbuatda yer almışdı.

3. İbrahim Toraman

Futbolçu İbrahim Toramanın həyat yoldaşı Eylem Toraman bir televiziya verilişində ərinin hamiləykən onu döydüyünü qeyd etmişdi. Həyati təhlükəsi olduğunu deyən qadın 6 aylıq uzaqlaşdırma qərarı aldıqan sonra boşanıb.

4. Müslüm Gürses

Türk arabesk və xalq musiqisi sənətçisi Müslüm Gürsesin içki düşkünü olduğunu bildirən həyat yoldaşı aktrisa Muhterem Nur da ərinin ona şiddət göstərdiyini deyib: “Sərxoş olduğunda, bəli, qabırğalarımı qırır, saçımı əlinə dolayırdı. Amma özünə gəldikdən sonra çox peşiman olur, “əlim qırılsaydı, etməsəydim” deyirdi. Amma o elə deyəndə mənim ürəyim ağrıyırdı. “Heçnə olmaz” deyirdim.  Əsəbini, qəmli mahnıları dinləyərək içməsinin səbəbini anlayırdım. Onun hekayəsi dramatik idi. Mən onu buraxmaq niyyətində deyildim”.

Qeyd edək ki, Mühtərəm Nurun da həyatı çox acınacaqlı keçib. Anası doğum əsnasında vəfat edib. 12 yaşında küçədə oyun oynayarkən təvacüzə uğrayıb və illərlə xalasının əri tərəfindən taciz edilib.

5. Ahmet Kural

Keçən ilin son ayında türk mətbuatında aktyor Ahmet Kural türk pop müğənnisi, musiqiçi və prodüser Silaya şiddət tətbiq etməsi ilə bağlı xəbərlər yer almışdı. Lakin məhkəmə qərarı ilə bu iddianın əsassız olduğu təsdiqlənib.

Ahmet Kuralın daha öncə də şiddət qalmaqalında adı hallanmışdı. 2014-cü ildə mübahisə etdiyi əvvəlki sevgilisi ünsiyyət məsləhətçisi Naz Çekemin də barmağını qırdığı iddia edilib.

6. Yılmaz Güney

Türk filmlərinin ölümsüz adı Yılmaz Güney məşhur aktrisa Nebahat Çehrə ilə sevgili olduğu müddətdə onun başına stəkan qoyaraq silahla nişan alıb, ölümcül döyüb, hətta bir mübahisədən sonra onu maşınla vurmaq istəyib.

7. Ali İhsan Varol

Türkiyənin məşhur proqramlarından birinin aparıcısı Əli İhsan Varol həyat yoldaşına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunub.

Aparıcının həyat yoldaşı polisə gedərək, ərinin onu təhqir etdiyini və yumruq atdığını deyib.

Şikayət əsnasında keçirilən məhkəmədə Əli İhsan Varol 3,5 il həbs cəzasına məhkum edilib. Özü isə ona böhtan atıldığını deyib.

8. Hüsnü Şenlendirici

Evli olduğu halda müğənni Deniz Seki ilə münasibəti olan klarnet çalan Hüsnü Şenlendirici 2008 ci ildə müğənninin başını partlatdığı iddia edilib.

9. Davut Güloğlu

Müğənni Davut Güloğlunun 2014-cü ildə sevgilisi Pelin Subayın elini yaraladığı iddia edilib.

Qeyd edək ki, müğənni bu iddianı əsassız adlandırıb və qaralama kampaniyası olduğunu bildirib.

10. Burak Yılmaz

Futbolçu Burak Yılmaz 2016-cı ildə Çində 4 aylıq hamile həyat yoldaşı İstem Atillaya şiddət tətbiq edib. Pekin Səfirliyinə sığınan və səlahiyyətlilərdən kömək istəyən İstem Atilla döyülməsini təsdiq edən sənədi aldıqdan sonra qaçaraq Türkiyəyə gəlib və cütlük 2018-ci ildə boşanıb. Ancaq bu ilin əvvəlində cütlük yenidən birləşib.

11. Kaan Tangöze

“Duman” qrupunun solisti Kaan Tangöz keçmiş xanımı, model Seçkin Pirileri döyüb.

12. Zinet Aman

İki dəfə ailə həyatı quran aktrisa uğursuzluq yaşayıb. 1-ci əri onu döyən zaman xəsarət yetirib və gözü ömürlük qüsurlu qalıb. Bundan sonra aktrisa həyat yoldaşından boşanıb. İkinci dəfə ailə həyatı quran aktrisa bu əri tərəfindən də şiddətə məruz qalıb. Hətta aktrisanın oğlu tərəfindən də döyüldüyü bildirilir.

 

Azərbaycanda da həyat yoldaşlarına şiddət göstərən məşhurlardan bir neçəsini təqdim edirik

13. Kəramat Böyükçöl

Azərbaycanlı yazıçı Kəramət Böyükçölün ikinci həyat yoldaşı Çinarə Böyükçölü təhqir etməsi və şiddət tətbiq etməsi ilə bağlı sosial şəbəkədə məlumatlar yayılıb. Yazar özü bu iddiaları təkzib etsədə, keçmiş həyat yoldaşı Çinarə isə təsdiq edib.

14. Anar Gəraylı

Jurnalist Anar Gəraylı bir neçə aylıq ailəli olduğu hamilə həyat yoldaşı Pərvanə Qurbanlını küçənin ortasında döyüb. P.Qurbanlı hadisə nəticəsində ağır xəsarət alıb.

Dəfələrlə şiddətə məruz qaldığını qeyd edən Pərvanə Qurbanlı hüquq-mühafizə orqanlarına müraciət edib.

15. Elşad Xose

Məşhur reper Elşad Xose keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanı döyüb. Bununla bağlı rəqqasə polisə şikayət edib.

16. Anar Süleymanov

Dörd qat dünya çempionu Anar Süleymanov həyat yoldaşı məşhur modelyer, “A Glamour” moda evinin rəhbəri Afaq İsmayılzadəni yaşadığı evdə döyüb.

Xanım polisə izahatında göstərib ki, A.Süleymanovla cəmi iki ay evli olub:

“Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, “kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq”. Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi”.

Bundan sonra Anar Süleymanov həbs edilib.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

2272
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM