Həyatı xilas edən “zəlzələ çantası” – Maddi dəyəri açıqlandı – VİDEO

Türkiyənin Fövqəladə Hallar Qurumunun (AFAD) rəsmi internet səhifəsində zəlzələ çantasının hazırlanması barədə məlumat dərc edilib.

Yenicag.az bildirir ki, mütəxəssislərə görə əvvəlcədən hazırlanmış zəlzələ çantası təbii fəlakət zamanı həyat xilas edə bilər. Çantanın hazırlanmasının orta dəyəri bir nəfər üçün 127 manata başa gəlir.

Məlumatda bildirilir ki, çantaya yüksək kalorili, vitamin və karbohidrat tərkibli, su itkisinin qarşısını alan və xarab olmayan konservləşdirilmiş qidalar, quru meyvələr, meyvə suyu, bəhməz, kimi məhsullar qoyulmalıdır.

Bundan başqa, çantada hər bir ailə üzvü üçün əlavə içməli su olmalıdır. Həmçinin, çantada mövsümə uyğun geyim vasitələrinin də olması vacib amildir. Gigiyenik vasitələrdən sabun, diş fırçası və məcunu, nəm salfet, tualet kağızı, tibbi yardım çantası, yataq çantası və ya ədyal, qayçı, əl bıçağı, əl fənəri, batareya da çantaya əlavə edilməlidir.

Firuzə Alimova